15 may Beynəlxalq Ailə Günüdür
15 may Beynəlxalq Ailə Günü BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə əsasən bütün dünyada qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunub. Ömrünün 30 ildən çoxunu xalqımızın inkişafı və firavanlığına həsr etmiş Ulu öndər Heydər Əliyevin, 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin hər bir azərbaycanlı ailəsinə, onun problem və çətinliklərinə diqqət və həssaslıqla yanması cəmiyyətimizdə rəğbətlə qarşılanır. Bu baxımdan 1998-ci ildə “Qadın Problemləri üzrə Dövlət Komitəsi” nin, 2006-cı ildə isə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin yaradılması ilə bu sahədə bu sahədə xeyli irəliləyişlərə nail olunmuşdur. Son illər “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” tərəfindən 15 may Ailə günü ilə bağlı yekun tədbirin regionlarda keçirilməsi, bütün regionların bu tədbirə cəlb edilməsini asanlaşdırmışdır. 2014-cü il 15 may tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Abşeron İcra Hakimiyyəti Aparatının yaxından köməkliyi ilə Abşeron rayonu ərazisində yerləşən Neapol istirhət mərkəzində 78 ailənin iştirakı ilə keçirilən tədbirdə rayonumuzu Cağazur kənd sakini, İbrahimov Ağəli İbiş oğlu öz ailə üzvləri İbrahimova Nigar Ağəli qızı Azərbaycan dillər universitetinin birinci kursunda, digəri isə İbrahimova Təhminə Ağəli qızı Bakı Silavyan unuveristetinin birinci kursunda təhsil alan övladları və həyat yoldaşı ilə birlikdə təmsil etmişdir. Bayram tədbirində İbrahimovlar ailəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə Komitə tərəfindən diplom və qiymətli hədiyyə ilə təltif olunmuşdur.Bayram tədbirində müxtəlif rayonlardan gəlmiş ailələrin əl işləri nümayiş olunmuş, yaradıcı ailələrin və respublikanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilmişdir.