Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlının iftixar və qürur mənbəyidir.

11 may 2014 | 15:00

Respublikamızın  hər  yerində  olduğu kimi, laçınlılar   tərəfindən də  xalqımızın ümummilli lideri Heydər Əliyevin  anadan olmasının  91-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir.  Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə əlaqədar  Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Tədbirlər  Planına  uyğun olaraq,  rayonun  idarə, müəssisə  və  təşkilatlarında, inzibati ərazi dairəsi  üzrə  nümayəndəliklərində,  ümumtəhsil  məktəblərində, klub  və  kitabxanalarda tədbirlər  keçirilmiş, Ulu  öndərin  həyat  və  fəaliyyətinə aid stendlər  hazırlanmış, ümumtəhsil  məktəblərində VII- IX -XI sinif   şagirdləri  arasında “Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti”  və ” Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusudur”    mövzularında   inşa  yazı,  mədəniyyət şöbəsində “Yolumuz Heydər yolu bu yol vətənə doğru” mahnı, rəsm  və  bədii qiraət üzrə müsabiqələr, rayon  gəncləri arasında cüdo, taekvando, şahmat, futbol və voleybol idman növləri üzrə yarışlar  keçirilmişdir.
Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki Ümummilli liderin büstü  və  ərazidəki “Heydər Parkı”nda abadlıq  və  yaşıllaşdırma işləri  aparılmış, Rayonun  ümumtəhsil  məktəblərində birinci dərs  məşğələlərinin Heydər Əliyevin irsinin öyrənilməsinə həsr olunması təmin edilmişdir.
10  may  2014-cü il tarixdə isə  Laçın  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə  laçınlı məcburi  köçkünlərin məskunlaşdıqları Taxtakörpü qəsəbəsində  Azərbaycan  xalqının  ümummilli lideri Heydər Əliyevin  anadan olmasının  91-ci ildönümü münasibətilə geniş tədbir keçirilmişdir.
        Yığıncaqdan  əvvəl  çoxsaylı rayon   ictimaiyyətinin   nümayəndələri  tərəfindən Ulu öndər Heydər Əliyevin  büstü  ziyarət  olunaraq,  önünə  gül dəstələri qoyulmuşdur.  Sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati  binasının iclas zalında  davam etdirilmişdir.
        Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan   tədbiri   giriş sözü  ilə  Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov   açıq elan etdikdən sonra, Azərbaycan  Respublikasının  bir dövlət  kimi bu günkü  mövcudluğunun 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bağlı olduğunu xüsusilə qeyd etmiş, həmçinin 2003-cü ildən  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyasının uğurla davam  etdirildiyi və dövrün tələbləri baxımından inkişaf etdirilərək ölkəmizin bütün sahələrində möhtəşəm nailiyyətlər əldə olunduğunu vurğulamışdır.
Tədbirdə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə  “Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlının iftixar və qürur mənbəyidir” mövzusunda məruzə dinlənilmişdir.                                               
Məruzə ətrafında çıxış edənlər əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin  geniş biliyə malik olmasını, xalqına  hədsiz məhəbbətini və insanlara daim xeyirxahlıq hissi ilə yanaşmasını  dərin məhəbbətlə xatırlamışlar.
Tədbirdə çıxış edən rayon ağsaqqalları və ziyalıları Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasını, ölkə başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini və daim laçınlılar tərəfindən də  dəstəkləndiyini qeyd etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin vətəndaşı olduqlarından qürur duyduqlarını və iftixar hissi keçirdiklərini bildirmişlər. Eyni zamanda bildirilmişdir ki, bu gün Azərbaycan  xalqının  ümummilli lideri Heydər Əliyevin  xeyirxahlığı, insanpərvərliyi  onun övladları və nəvələri  tərəfindən daha geniş şəkildə davam etdirilir. Heydər Əliyev ocağının yetirməsi olan  Möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin çiçəklənməsi, tərəqqisi və dünyada tanıdılması istiqamətindəki yorulmaz fəaliyyəti isə hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaradır.   Tədbirində  çıxış edənlər,  ölkə başçısı cənab İlham Əliyevin ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı apardığı qətiyyətli və prinsipial  siyasətin tezliklə bəhrə verəcəyini, bütün qaçqın və məcburi köçkünlərin işğaldan azad edilərək ata-baba yurdlarına dönəcəklərinə əminliklərini bildirmişlər.
Sonra tədbirdə Ulu öndər Heydər Əliyevin anadan olmasının  91-ci ildönümü münasibətilə rayonun  ümumtəhsil  məktəblərində   keçirilmiş inşa yazı müsabiqəsinin,  musiqi  və  bədii  qiraət müsabiqələrinin, rayonda  keçirilmiş cüdo,  taekvando,  şahmat, voleybol, mini futbol  yarışlarının   qalibləri Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmış, Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunmuşdur.

Keçidlər