“18 İyun - İnsan Hüquqları Günü” ilə bağlı Laçın rayonunda da tədbirlər davam etməkdədir.
Bildiririk ki, "Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bununla əlaqədar ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur.
Bu əlamətdar gün ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il 18 may tarixindən 18 iyun tarixinədək Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunur və respublikanın hər yerində hüquqi maarifləndirmə sahəsində müxtəlif səpgili tədbirlər həyata keçirilir.
Hər il olduğu kimi, bu il də rayonumuzda 18 may tarixindən 18 iyunadək "İnsan Hüquqları Aylığı"na start verilmişdir. "İnsan hüquqları aylığı" ərzində rayon İcra Hakimiyyəti əməkdaşlarının da iştirakı ilə rayonun aidiyyəti qurumları tərəfindən bir sıra hüquqi-maarifləndirmə tədbirləri keçirilmişdir. Bu silsilə tədbirlərdən Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə 2024-cü il 10 iyun tarixdə keçirilmiş "İnsan hüquqları aylığı" çərçivəsində hüquqi-maarifləndirmə tədbiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhəmməd Şahbazovun açıq elan etdiyi tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azad edilməində canını fəda etmiş bütün şəhidləimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunmuşdur.
Sonra tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşı Minə Əliyeva, Konstitusiyamızın, insan hüquqları haqqında qanun və qanunverici aktların mahiyyətinin və həyatımızda rolunun, eyni zamanda, dövlətimizin vətəndaş hüquqlarının qorunması sahəsində apardığı siyasət və göstərdiyi qayğının ictimaiyyətə və gənc nəslə çatdırılması və vətəndaşlarda bu sahədə hüquq düşüncəsinin formalaşdırılması məqsədi ilə müxtəlif mövzularda iştirakçılarla müzakirələr aparmış, onları maraqlandıran suallar cavablandırılmışdır.