Şriftin ölçüsü :

Saytın rəngi :

Taekvando üzrə açıq rayon birinciliyi keçirilmişdir

28 aprel 2014 | 15:00

27 aprel 2014-cü il tarixdə Ağcabədi rayonu Taxta-körpü ərazisindəki 552 saylı qəsəbədə fəaliyyət göstərən Taxta-körpü qəsəbə tam orta məktəbin idman zalında, Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Laçın, Ağcabədi, Zərdab, Göyçay, Bərdə, Ağdam, Beyləqan və Xocavənd rayonlarından olan idmançıların  iştirakı ilə taekvando üzrə açıq rayon birinciliyi keçirilmişdir. 9 çəki dərəcəsində gedən idman mübarizəsində 2002-2004-cü il təvəllüdlü idmançılar öz bacarıqlarını göstərmişlər.
      Tədbirə giriş sözü ilə başlayan Laçın rayonu Gənclər və İdman idarəsinin rəisi Natiq Mustafayev çıxışında Ulu öndərin həyatı, fəaliyyəti, ölkəmizdə digər sahələr kimi idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq bu gün də ölkə başçısı, Heydər Əliyev məktəbinin  davamçısı cənab İlham Əliyev tərəfindən layiqlə davam etdirildiyini  bildirdi.
      Sonra çıxış edən Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Yasin Həsənov ilk olaraq Rayon İcra Hakimiyyətinin başçısı cənab Akif  Səlimovun salamlarını tədbirdə iştirak edən Taekvando Federasiyasının nümayəndələrinə, məşqçilərə və idmançılara çatdırdı. Bu möhtəşəm idman tədbirinin məcburi köçkünlər üçün salınmış qəsəbədə keçirilməsini tədqirəlayiq hal olduğunu bildirən Yasin Həsənov bu diqqətə görə Federasiyanın Aran bölgəsi üzrə baş məşqçisi Tapdıq Əkbərova öz minnətdarlığını bildirdi. Ulu öndər Heydər Əliyevin gənclərə verdiyi önəmdən, idmançılara yaratdığı şəraitdən danışaraq bu günkü idman sahəsində nailiyyətlərin, beynəlxalq arenalarda qazanılan uğurların Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi.
      Sonra çıxış üçün söz Taekvando Federasiyasının  Aran bölgəsi üzrə baş məşqçisi Tapdıq Əkbərova verildi. Çıxışında federasiyanın uğurlarından, qazanılan nailiyyətlərdən danışan baş məşqçi tədbirin yüksək səviyyədə təşkilinə görə Rayon rəhbərliyinə və Rayon Gənclər və İdman idarəsinə təşəkkürünü bildirdi və yarışa start verildi. Gərgin mübarizə şəklində keçən yarışda qalib gələn idmançılara yarışın fəxri diplomu, medallar və qiymətli hədiyyələr verildi.

Keçidlər