Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2014-cü ilin I rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş yığıncaq keçirilmişdir.

20 aprel 2014 | 15:00

19  aprel  2014-cü  il tarixdə  Rayon İcra Hakimiyyətində  rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  “Laçın rayonu üzrə   2013-cü  ilin  I rübündə  görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı geniş yığıncaq keçirilmişdir. Yığıncaqdan əvvəl rayon ictimaiyyətinin   nümayəndələri  tərəfindən Rayon  İcra  Hakimiyyətinin  inzibati binası qarşısında ucaldılmış  Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuşdur.  Tədbirdə “Laçın rayonu üzrə   2013-cü  ilin  I rübündə  görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı məruzə dinlənilmişdir. Ötən dövr ərzində  Möhtərəm  Prezident  İlham  Əliyev  cənablarının  rəhbərliyi  altında respublikada və  rayonda  görülmüş  işlər, əldə olunmuş nəailiyyətlər ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələrdən danışılmışdır. Məruzədə  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən respublikanın müxtəlif rayon və şəhərlərində 21  yerdə səyyar qəbulların keçirilərək,  3720 nəfər rayon sakininin  qəbul edildiyi, sakinlərin problemləri ilə bağlı Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavini, bir sıra Nazirlik və Komitə sədrləri ilə görüşlərin keçirildiyi və  bir çox problemlərin həllinə nail olunduğu qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, hesabat dövründə Taxta-körpü qəsəbəsi və məcburi köçkünlərimizin sıx məskunlaşdıqları digər ərazilərdə başlanılmış tikinti-abadlıq işləri  davam etdirilir.  Ərazinin təbii şəraitinə uyğun 2079 ədəd müxtəlif  növ ağac və gül kolları əkilmişdir.
       Hesabat dövründə rayonda məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin  yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər keçirilmiş, rayonun maddi cəhətdən imkansız vətəndaşları, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə diqqət artırılmışdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü  və Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Taxtakörpü ərazisində və Ağcabədi şəhərində məskunlaşmış 3490 ailəyə ərzaq yardımı göstərilmişdir. Rayonun daxili imkanları hesabına respublikanın 28 rayon və şəhərində məskunlaşmış 500 şəhid ailəsi, Böyük Vətən  və Qarabağ müharibəsi iştirakçısı və əlilinə ərzaq paylanmışdır.
Rayon ərazisində təmir - tikinti və abadlıq işlərinin davam etdirildiyi bildirilmişdir. 2014-cü ilin birinci rübündə  Qayğı qəsəbəsində  Heydər Əliyev prospektində 1020 m2  istinad divarı hörülmüş, Taxta körpü - Alxaslı, Taxta körpü –Mişni ,  Arduşlu və Qarakeçdi – Mirik,  avtomobil yollarının  24 km hissəsində  cari təmir işləri aparılmış, Qayğı qəsəbəsində  800 m 2  sahəsi olan çınqıl örtüklü avtomobil dayanacağı tikilmiş, qəsəbədaxili yolun 2150 m2  hissəsinə çınqıl örtük verilmiş, Heydər Əliyev prospektində aparılan abadlıq nəticəsində  yolun genişləndirilmiş 1800 m2 hissəsinin isə asfaltlanma  işlərinə başlanılmışdır.  2014-cü ilin birinci rübündə  rayon üzrə   65239    nəfər sakinə  yemək xərci müavinəti,  3550  nəfərə əmək pensiyası, 1751 nəfərə sosial  müavinət və təqaüd ödənilmişdir.  Rayon Əhalinin Sosial Müdafiəsi  Mərkəzindən 1975 nəfər ailə üzvünü əhatə edən 453 ailə  ünvanlı sosial yardım alır ki, ondan  100 ailəyə  2014-cü ilin birinci rübündə təyinat aparılmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 40 ailə çoxdur. Hazırda hər ailəyə  123 manat, adambaşına 28.15 manat  ünvanlı sosial yardım düşür.
Cari ilin  birinci  rübündə kənd təsərrüfatı sahəsinin də dinamik inkişaf etdiyi bildirilmişdir. Əhali və fermer təsərrüfatlarında  34 663  baş iri buynuzlu,  201 377  baş xırda buynuzlu heyvanlar saxlanılır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə  653  baş iri, 1 680  baş xırda buynuzlu  artıqdır. Həmin təsərrüfatlarda 5 027   sentner süd keçən ilə nisbətən  85  sentner çox, 34 059   sentner süd keçən ilə nisbətən  126 sentner çox, 174  min ədəd yumurta  keçən ilə nisbətən  4  min ədəd  çox  istehsal olunmuşdur. Mal qaraya epizootik plan əsasında vaxtında baytarlıq tədbirləri aparılmış , bunun nəticəsi olaraq   heç bir xəstəlik baş verməmişdir. 
           Hesabat məruzəsində görülmüş işlərlə yanaşı mövcud çatışmazlıqlar da qeyd olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
          Məruzə   ətrafında  Rayon Təhsil Şöbəsinin müdiri, Rayon Vergilər şöbəsinin müdiri, Rayon Elektrikşəbəkənin müdiri çıxış edərək rəhbərlik etdikləri  sahələr üzrə görülmüş işlər və qarşıda duran vəzifələrdən danışılmışdır.

Keçidlər