Bərdə rayonunda məskunlaşan rayon sakinləri ilə səyyar qəbul keçirilmişdir.
Laçın rayon İcra hakimiyyətinin başçısı Akif Səlimovun növbəti görüşü Bərdə rayonu ərazisində laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları yaşayış məntəqələrindən olan Qaradağlı və Zümürxan kəndləri ərazisində keçirilmişdir.
Hazırda bu yaşayış məntəqələrində 182 ailə 769 nəfər laçınlı məcburi köçkün məskunlaşmışdır.
Görüşdə Dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan rayon icra hakimiyyətinin başçısı Akif Səlimov ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Hərbi vətənpərvərlik mövzusunda görüşdə iştirak edən məktəb direktorları və müəllimlərlə geniş müzakirə aparılmış, hərbi məktəblərə sənəd təqdim etmək istəyən şagirdlərlə dərsdən sonra əlavə olaraq imtahanlara hazırlaşdırılması üçün fənn müəllimləri ayrılması tapşırılmışdır.
Qəbul zamanı çıxış edən məcburi köçkünlər göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə minnətdar olduqlarını bildirməklə onları narahat edən bəzi problemlərin həllinə köməkliklə əlaqədar rayon rəhbərliyinə müraciət etmişlər. Xüsusilə çıxış edənlərdən ünvanlı sosial yardım təyinatı ilə bağlı 6, işlə təmin olunma ilə bağlı 4, maddi cəhətdən köməklik olunması ilə bağlı 5, yemək xərci müavinəti ilə bağlı 2, təhsil məsələsi ilə bağlı 1, məskunlaşdıqları əraziyə təbii qaz xəttinin çəkilişi ilə bağlı 7, xeyir-şər mərasimlərinin keçirilməsi üçün mağar və çadır verilməsi ilə bağlı 4, müalicə üçün 2, hərbi akademiyaya qəbulla bağlı isə 2 nəfər müraciət edərək qaldırılan məsələlərin həllinə köməklik edilməsini xahiş etmişlər.
Vətəndaşların müraciətləri dinlənildikdən sonra qaldırılmış məsələlərin qısa zamanda həlli üçün əlaqədar orqanların təmsilçilərinə tapşırıqlar verilmiş, bu məsələlərin həlli ilə bağlı görüləcək işlər nəzarətə götürülmüşdür.
Keçirilən qəbullarda Başçının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri həmçinin həmin ərazidə sakinləri məskunlaşan inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.