Şriftin ölçüsü :

Saytın rəngi :

Hərb sənətinə yiyələnmək istəyən gənclərlə görüş keçirildi

04 mart 2014 | 16:00

Son vaxtlar rəhbərliyin həyata keçirdiyi məqsədyönlü tədbirlər və sakinlərlə əlaqələr rayonda sağlam ictimai mühitin formalaşması ilə nəticələnmişdir. Rayon rəhbərliyi tərəfindən sakinlərə göstərilən qayğı, üzləşdikləri problemlərlə bağlı edilən müraciətlərə həssaslıqla yanaşma və mümkün köməkdarlıqların göstərilməsi qarşılıqlı etimad mühitini yaradan əsas vasitələrdən birinə çevrilmişdir. Hökm sürən sağlam mühit, insanların bir-birinə qayğısı rayon sakinləri arasında vətənpərvərlik ruhunun yüksəlməsinə də gətirib çıxarmışdır. Nəticədə rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov tərəfindən irəli sürülən yeniyetmələrin ali hərbi məktəblərə cəlb edilməsi təşəbbüsü ictimaiyyət tərəfindən də birmənalı şəkildə müdafiə edilərək, bu istiqamətdə bəzi tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Belə ki, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında və valideynlərlə aparılan söhbətlər nəticəsində ali hərbi məktəblərə getmək istəyən şagirdlər müəyyənləşdirilərək, onlarla fərdi şəkildə iş aparılmağa başlanılmışdır. Belə şagirdlərdən bir qrupu ilə, valideynlərinin də iştirakı təmin edilməklə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun görüşü keçirilmişdir.
İcra Hakimiyyətinin iclas zalında keçirilən görüşdə rayon rəhbəri A.Səlimov çıxış edərək torpaqlarımızın 20 ildən çoxdur ki, işğal altında qalmasından danışaraq, işğala son vermək məqsədi ilə 20 ildən çoxdur ki, aparılan danışıqların heç bir nəticə vermədiyini diqqətə çatdırmışdır. Rayon rəhbəri öz çıxışında xüsusilə vurğulamışdır ki, işğalçı Ermənistanın hər vəhclə danışıqlardan yayınması və süni vasitələrlə onu uzatmaöa çalışması ondan xəbər verir ki, biz öz torpaqlarımızı ancaq güc yolu ilə azad etməliyik. Bunun üçün biz ilk növbədə güclü orduya malik olmalı, sözün əsl mənasında döyüşkən xalqa çevrilməliyik.
Bu gün Azərbaycan dövləti, şəxsən ölkə rəhbəri İlham Əliyev cənabları Ali Baş Komandan olaraq ordumuzun ən güclü orduya çevrilməsi üçün mümkün olanları edir və etməkdədir. Nəticədə Azərbaycan ordusu müasir standartlara cavab verməklə, regionun ən güclü ordusuna çevrilmişdir. Bir vətəndaş olaraq bizim də vəzifəmiz hər bir işdə olduğu kimi, ordu quruculuğunda da dövlətimizin yanında olmalı, öz övladlarımızı hərbə göndərməklə işğala son verilməsi üçün bir vətəndaş olaraq üzərimizə düşən vəzifəni yerinə yetirməliyik.
Görüşdə çıxış edən valideynlər rayon rəhbərinin bu təşəbbüsünə ürəkdən qoşulduqlarını və övladlarının hərb sənətinə yiyələnmək istədiklərini həvəslə müdafiə etdiklərini bildirdilər. Çıxış edən gənclər də rayon İcra Hakimiyyətinin başçısı A.Səlimova onlara verdiyi dəstəyə görə minnətdarlıqalrını bildirdilər və Azərbaycan ordusunun nümunəvi zabitləri olacaqlarına söz verdilər.

Keçidlər