Şriftin ölçüsü :

Saytın rəngi :

Oğuz və Şəki rayonlarında məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirib.

06 mart 2014 | 16:00

Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov növbəti görüş-səyyar qəbulu martın 5-də Oğuz və Şəki rayonlarında məskunlaşmış laçınlı məcburi köçkünlərlə  keçirib. Görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri  Rayon prokuroru Ceyhun Almasov,  idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Qeyd olunmalıdır ki, hazırda Oğuz  rayonu ərazisində  184 ailə 685 nəfər, Şəki rayonu ərazisində isə 426 ailə 1717 nəfər laçın rayon sakinləri məskunlaşmışlar.  Oğuz rayonunda  keçirilən görüşdə 80 nəfər, Şəki rayonunda keçirilən görüşdə isə 140 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir
Rayon rəhbəri ilk növbədə Ölkə  Prezidenti cənab  İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində respublikamızda görülən geniş quruculuq və abadlıq işlərindən danışaraq, ilbəil məcburi köçkünlərə göstərilən diqqət və qayğının bu ildə geniş vüsət aldığını ölkəmizin bir sıra regionlarında köçkünlər üçün yeni yaşayış evlərinin inşa edildiyini xüsusi ilə qeyd etmişdir. Eyni zamanda rayonda görülən abadlıq işləri, 2013-cü il və 2014-cü ilin sosial-iqtisadi nəticələri, qarşıda duran vəzifələr haqqında görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Rayon rəhbəri ordu quruculuğu sahəsində görülən işlərə diqqət çəkərək bu sahədə məcburi köçkün gənclərinin daha fəallıqla iştirakının vacibliyini bildirməklə  rayon sakinləri arasında hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi ilə yanaşı laçınlı gənclərin hərbi məktəb və akademiyalarda təhsilə cəlb edilməsinin vacibliyini vurğulamışdır. Bu sahədə Rayon rəhbərliyi tərəfindən edilmiş təşəbbüsə qoşulanların sayının durmadan artdığı qeyd edilmiş, həmin gənclərin ailələrinə göstərilən diqqət və qayğıdan danışılmışdır.
Oğuzda keçirilən səyyar qəbulda iştirak edən laçınlı məcburi köçkünlərdən 14 nəfər çıxış edərək, onları narahat edən  problemlərin həllinə köməklik edilməsini bildirmişlər. Qaldırılmış problemlər içərisində  əsasən ərazidə məskunlaşmış köçkünlərə yaşayış evlərinin tikintisinin sürətləndirilməsi üçün aidiyyəti üzrə məsələ qaldırılması, xeyir-şər mərasimlərinin keçirilməsinə görə  mağar verilməsinə köməklik olunması, bir neçə şəxsin müharibə iştirakçısı olması barədə vəsiqə ilə, bir neçə nəfərin isə işlə təmin olunmasına köməklik göstərilməsi, həmçinin bir nəfərin iş yerini itirmiş kimi orta aylıq əmək haqqını almasına və  1 nəfərin isə  müalicə üçün köməklik edilməsinə dair müraciəti təşkil etmişdir.
               Eyni zamanda həmin tarixdə Şəki şəhəri yeni Çələbixan köçkünlər qəsəbəsində keçirilən görüşdə 16 nəfər laçınlı məcburi köçkün çıxış edərək onları narahat edən bəzi problemlər  haqqında  məlumat verərək, həmin məsələlərin həllinə köməklik edilməsini bildirmişlər. Edilmiş müraciətlərdən 6-sı işlə təmin olunma, 2-si maddi cəhətdən köməklik, 1-i mənzil-məişət şəraitinin yaxşılaşdırılması, 1-i müalicəsinə köməklik,  bir neçəsi  şəxsi mal-qarasının saxlanılması üçün otlaq sahəsi ayrılması  həmçinin hər iki görüşdə köçkünlərə  göstərilən diqqət və qayğı, yerlərdə təşkil olunmuş görüşlərə görə minnətdarlıqlarını bildirmişlər.
    Səyyar qəbul-görüşlərdə qaldırılmış mövcud problemlər  müvafiq qaydada baxılıb həllinə köməklik olunması üçün aidiyyəti üzrə  idarə,  müəssisə rəhbərlərinə tapşırıq verilmiş, həmçinin bir neçə məsələnin həllinə  köməklik olunması yerli rayon rəhbərlərindən xahiş edilmiş və bəzi məsələlərin həlli ilə bağlı köçkünlərə lazımi izahat verilmişdir.

Keçidlər