Şriftin ölçüsü :

Saytın rəngi :

5 mart “Bədən tərbiyəsi və idman günü”dür

06 mart 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 4 mart 2005-ci il tarixli Sərəncamı ilə hər ilin mart ayının 5-i ölkəmizdə “Bədən tərbiyəsi və idman günü” kimi qeyd olunur. Azərbaycanda  Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfü deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalıbləri və mükafatçıları ilə görüşüdü və İdman Fondunu təsis etdi, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoydu. İlham Əliyev cənabları hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra ölkəmizdə idman, bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi. Ölkəmizdə idmanın inkişafı ildən- ilə geniş vüsət aldı. Dövlət başçısı tərəfindən  2012-ci ilin “İdman ili” elan edilməsi isə  ölkəmizdə idmanın inkişafına və idmançılara olan diqqət və qayğıının bariz nümunəsidir.
5 mart “Bədən tərbiyəsi və idman günü”  Respublikamızın hər yerində olduğu kimi bizim rayonda da  yüksək səviyyədə qeyd edilmiş  uşaq, yeniyetmə və gənclərin iştirakı ilə bir sıra idman tədbirləri həyata keçirilmişdir.
1 mart 2014-cü il tarixdə Laçın rayon İcra Hakimiyyətinin və rayon Gənclər İdman idarəsinin birgə təşkilatçılığı ilə Taxta körpü qəsəbə tam orta məktəbin idman zalında bir qurup idmançı gənclə 5 mart “Bədən tərbiyəsi və idman günü”  münasibətilə fikir mübadiləsi aparılmış, 5 mart “Bədən tərbiyəsi və idman günü” münasıbəti ilə Taxta körpü qəsəbə tam orta məktəbin idman zalında Cüdo idman növü üzrə 21 çəki dərəcəsində və iki yaş qurupunda; 1998-2000 və 2001-2003- cü il təvəllüdlü idmançılar arasında açıq rayon birinciliyi  keçirilmişdir. Birincilikdə rayon komandası ilə yanaşı Ağcabədi, Ağdam, Beyləqan, İmişli, Füzuli, Bərdə, Yevlax, Abşeron rayonlarından 120 nəfərdən artıq idmancı yarışlara qatilmişdır. Birincilikdə ümumi komanda hesabında Laçın rayon komandası  I yeri, Bərdə komandası II yeri və Ağdam komandası isə III yeri tutmuşdur.
Bütün qaliblər idarə tərəfindən kubok, diplom, idman geyimləri və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər