Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti səyyar qəbulu Alxaslı obasında keçirilmişdir

10 fevral 2014 | 16:00

09 fevral  2014-cü il tarixdə laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki, Alxaslı obasında Laçın Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir.
Səyyar qəbulda çıxış edənlər Alxaslı obasında il ərzində görülən işlərdən danışmış, işıq, su və əkin sahələrinin suvarılmasında heç bir çətinliklərinin olmadığını bildirmişlər.
Qəbul zamanı obalar arası çınqıl örtüklü avtomobil yolunun təmiri,  suvarma kanalların lildən təmizlənməsi və Alxaslı 2 obasında içməli su xəttinin çəkilməsi və Dövlət Proqramına uyğun olaraq cari ildə tikiləcək yeni qəsəbələrin tikilməsinin sürətləndirilməsi xahiş olunmuşdur.
Vətəndaşların həmin müraciətlərinə müvafiq izahat verilmiş, həlli rayon səviyyəsində mümkün olan məsələlərin icrası üçün aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verərək, həmin problemlərin həlli Rayon İcra Hakimiyyətinin nəzarətinə götürülmüşdür.
Qəbulda Rayon  İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak etmişlər.
Keçirilmiş səyyar qəbul sakinlər tərəfindən razılıqla qarşılanmışdır.

Keçidlər