Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhərində Peşə Məktəbinin yataqxanasında müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirildi

09 fevral 2014 | 16:00

2014-cü il 8 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə Ağcabədi şəhərində Ağcabədi  Peşə Məktəbinin yataqxanasında müvəqqəti  məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirdi. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ötən il ölkəmizdə və rayonda görülmüş işlərdən, məcburi köçkünlərin davamlı olaraq dövlət qayğısı ilə əhatə olunmasından, onların ardıcıl şəkildə müvafiq Dövlət Proqramlarına əsasən yeni mənzillərlə təmin olunmasından və qarşıda duran vəzifələrdən geniş söhbət açaraq ətraflı məlumat verdi. Görüşdə çıxış edən məcburi köçkünlər Ölkə başçısı cənab İlham Əliyevin  onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını  bildirdilər.
Məcburi köçkünlərlə görüşdən sonra səyyar qəbul keçirilərək onların müraciətləri dinlənildi. Səyyar qəbulda müraciət edən məcburi köçkünlər Ağcabədi Peşə Məktəbinin yataqxanasında müvəqqəti  məskunlaşmış Laçın rayonundan olan  köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, müayinə-müalicə, işlə təmin olunma, maddi köməklik və sair məsələlər barədə təkliflər irəli sürərək bu məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. Vətəndaşların həmin müraciətlərinə müvafiq qaydada baxılması üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  tərəfindən aidiyyəti üzrə lazımi tapşırıqlar verildi.
Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov həmin yataqxana binasında  müvəqqəti məskunlaşmış şəhid ailələri İmran İsmayılovun və Oktay Hacıyevin  ailələrinin qayğı və problemləri ilə yaxından tanış olmaq məqsədilə onların evlərinə baş çəkdi və həmin ailələrə müəyyən məsələlərlə bağlı lazımi köməkliklərin olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verdi.

Keçidlər