Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi

30 yanvar 2014 | 16:00

29 yanvar 2014-cü il tarixdə Laçın rayon İcra Hakimiyyəti başçısı yanında  Şuranın geniş iclası keçirilmişdir. İclasda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, həmçinin aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Şurada 2013-cü ilin yekunları ilə bağlı Laçın rayonunun inzibati ərazi dairəsi üzrə  nümayəndəliklərində görülmüş işlərlə əlaqədar keçirilmiş hesabat yığıncaqlarının yekunları və  qarşıda duran vəzifələr haqqında məsələ geniş müzakirə edilmişdir. İclasda rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin geniş arayışı dinlənilmiş, arayış ətrafında aparılmış müzakirələrdə 3275 nəfərin iştirakı ilə keçirilmiş hesabat yığıncaqlarında sakinlər tərəfindən sosial-iqtisadi məsələlərlə bağlı irəli sürülmüş 223 təklif bir daha təhlil olunaraq, Şura iclasının qərarı ilə həmin məsələlərin icrası üzrə tədbirlər bağlı  təsdiq edilmişdir.
Şura iclasında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ötən ilin də Respublikamız üçün uğurlu illərdən olduğunu qeyd edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin digər regionları kimi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə  xeyli quruculuq və abadlıq işlərinin aparıldığını iclas iştirakçılarının nəzərinə çatdırmışdır. Həmçinin, bildirilmişdir ki, ölkə başçısının diqqət və qayğısı altında laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə də xeyli işlər görülmüşdür. Rayon rəhbəri sakinlər tərəfindən qaldırılmış sosial-iqtisadi təkliflərə baxılaraq onların həll edilməsi istiqamətində lazımi tədbirlərin görüləcəyini vurğulamış, bu məsələlərin həlli ilə bağlı  aidiyyəti məsul işçilərə  tapşırıq və tövsiyələr vermişdir.

Keçidlər