Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin içməli və suvarma suyuna tələbatları ödənilir

01 noyabr 2011 | 16:00

Laçınlı məcburi köçkünlərin içməli və suvarma suyuna tələbatlarının ödənilməsi üçün işlər davam etdirilir.
Cari ildə Taxtakörpü ərazisində içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə yararsız su xətlərin 1612 metrlik hissəsi yenisi ilə əvəz edilmiş, 2 min 50 metr hissəsində təmir işləri aparılmışdır. Prezident İlham Əliyevin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Taxtakörpü ərazisindəki Alxaslı və Qarakeçdi obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılmış, 11 bulaq tikilmişdir.
Taxtakörpü ərazisində təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədi ilə 41 nasos, elektrik mühərriki və hidrotexniki qurğu təmir olunmuş, 69,3 kilometr uzunluğunda kanallar lildən təmizlənmişdir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Taxtakörpü ərazisində 1400 metrlik açıq suyığıcı kanal, 650 metr uzunluğunda beton kanal, 3 min 440 metr qapalı dren, dəmir-beton körpü tikilmiş, 12 hidrotexniki qurğu quraşdırılmış, Cağazur və Kamallı obalarında artezian quyuları qazılmışdır.

Keçidlər