Şriftin ölçüsü :

Saytın rəngi :

15 May - Beynəlxalq Ailə Günüdür

16 may 2023 | 11:09

       1994-cü ildən 15 may tarixi dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün dünya ailələrini birləşməyə çalışır.

       Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayıb. Bu münasibət indi də dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

     Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər görüb. Bu məqsədlə 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

    Bu məsələyə daim böyük həssaslıqla yanaşan ölkə  Prezidenti cənab İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlər üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir.

    Ölkəmizin  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban xanım. Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.

    Ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ailə bayramı 2008-ci ildən başlayaraq  hər il müxtəlif bölgələrdə təşkil olunur.  Hər il bu tədbirlərdə yaxından iştirak edən laçınlı  nümunəvi ailələr intellektual səviyyələri,  xüsusi bacarıq və qabiliyyətləri ilə rayonumuzu uğurla təmsil edirlər. Bakı şəhərində keçirilən  builki bayram tədbirində iştirak edən Quliyev Elşən Vəliqulu oğlunun  ailəsi  bayramda müxtəlif nominasiyalar üzrə (“Heydər Əliyev-100 İl”, “Azərbaycan doğma diyar”, “yaradaq öyrənək”, “yaşıl dünya”, “ mütaliə edək”, “milli irs”, “yaradıcı əllər”) keçirilən müsabiqələrdə  fəal iştirak edərək rayonumuzu layiqincə təmsil etmişlər.

Keçidlər