15 İyun - Milli Qurtuluş Günüdür
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi əhəmiyyətə malik tarixi bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac duyurdu. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu. Xalqımızı nicata aparan 15 iyun günü 1997-ci ildən başlayaraq bayram günü kimi təntənə ilə qeyd edilməyə başlandı.
Milli dövlətçilik tariximizin şanlı səhifəsi olan 1993-cü ilin 15 iyun tarixdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə ulu öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu.
Ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçən Azərbaycan, 2003-cü ildən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə uyğun inkişaf edərək beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir. Artıq bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.
Təqdirəlayiq haldır ki, ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev kursuna sadiq qalaraq bu siyasi kursu uğurla davam etdirərək daim zənginləşdirir. Məhz bunun sayəsində bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsi olaraq ölkə vətəndaşları kimi laçınlılarında qəlbində daim iftixar hisi yaradır Hazırda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad edilmiş torpaqlarda infrastruktur layihələrinin uğurla həyata keçirilməsi, geniş quruculuq işlərinin aparılması,köçkünlərin Böyük Qayıdışına başlanmsı bütün xalqımızı ürəkdən sevindirir.
Eyni zamanda qeyd olunmalıdır ki, ölkəmizin Birini vitse- prezidentiMehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən görülən geniş miqyaslı işlər sayəsində Ulu Öndər Heydər Əliyevin irsi beynəlxalq aləmdə də layiqincə təbliğ olunur.
Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.
Nəinki ölkə vətəndaşları, eləcədə bütün dünya azərbaycanlıları tərəfindən sevilə-sevilə qeyd edilən 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində rayonumuzun idarə müəssisə və təşkilatlrında silsilə tədbirlər keçirilmiş, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiamla yad olunmuşdur. Eyni zamanda Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Taxta Körpü qəsəbəsi ərazisində salınmış yeni yaşıllıq zolağında rayon rəhbərliyinin iştirakı ilə ağacəkmə aksiyası keçirilərək Qurtuluşdan keçən 31 il münasbətilə rəmzi olaraq 31 həmişəyaşıl ağac əkilmişdir.