Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir

14 iyun 2023 | 17:14

   2023-cü il iyunun 14-də Laçın Rayon İcra Hakimiyyətində Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa  keçirilmişdir.

  Tədbirdən əvvəl Ulu Öndər  Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstü iştirakçılar tərəfindən ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz və işıqlı xatirəsi  ehtiramla yad edilmişdir. Sonra tədbir Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə icra hakimiyyətinin  inzibati binasının konfrans zalında davam etdirilmişdir.

               Tədbir, Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev tərəfindən açıq elan edilərək, Ulu Öndər  Heydər Əliyevin və torpaqlarımızın  azadlığı uğrunda   qəhrəmancasına şəhid olmuş bütün soydaşlarımızın əziz və unudulmaz  xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunmuşdur.

                 Rayon rəsmisi  bildirib ki, müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. Bu baxımdan ölkədə ictimai-siyasi sabitliyə məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra nail olunmuşdur.

              Dəyirmi masada “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda məruzə dinlənilmişdir. Məruzə ətrafında çıxışlarda müstəqil dövlətimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açılaraq   xüsusilə vurğulanmışdır ki, Ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçən  Azərbaycan, 2003-cü ildən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə uyğun inkişaf edərək beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir. Artıq bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

Çıxışlarda, həmçinin qeyd  olunub ki,  ölkəmizin Birini vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən görülən geniş miqyaslı işlər sayəsində Ulu Öndər Heydər Əliyevin irsi  beynəlxalq aləmdə də layiqincə təbliğ edilir.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan,  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz tərəfindən   44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər xalqımızın qəlbində əbədi qürur mənbəyinə çevrilmişdir. Minnətdarlıq hissi ilə qeyd olunub ki,  xalqımız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini təntənəli surətdə qeyd etdiyi 2023-cü il həm də ölkə  Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə Laçın şəhər sakinlərinin ata-baba  yurdlarına qayıdış ili kimi də hər bir laçınlının  qəlbində tükənməz sevinc və iftixar hissi yaratmışdır.

              

Keçidlər