Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir

14 iyun 2022 | 16:05

   2022-ci il 14 iyun tarixdə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.  

   Tədbirdən əvvəl Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, Ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış büstünü  ziyarət etmiş, Ulu öndərə  hörmət və ehtiramlarını, ümumxalq məhəbbətini nümayiş etdirərək büstün önünə tər güllər düzmüşlər. Bu tarixi gün münasibətilə tədbir iştirakçılarını təbrik edən Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətindən bəhs edərək Milli Qurtuluşun Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası olduğunu, müasir tariximizin Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlandığını bildirmişdir. Qeyd edilmişdir ki, ötən illər ərzində            Azərbaycan böyük inkişaf yolu keçmişdir. Ölkəmizin inkişaf strategiyası məhz Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş sanballı addımlar atılır, Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir. O dövrdə baş verən hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti ilə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ona görə də qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Keçidlər