Şriftin ölçüsü :

Saytın rəngi :

Keçirilən səyyar görüş-qəbullar sakinlər tərəfindən razılıqla qarşılanır.

18 yanvar 2014 | 16:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun rayon sakinləri ilə növbəti  səyyar qəbulu  17 yanvar 2014-cü il tarixdə Bərdə rayonunda məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir. Görüşdə həmin ərazidə məskunlaşmış 145 nəfər rayon sakini, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının müvafiq şöbə müdirləri, rayonun idarə , müəssisə rəhbərləri  iştirak etmişdir..
     Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov görüşün əvvəlində ölkə başçısının məcburi köçkünlərə olan diqqət və qayğısından danışaraq bunun əyani təzahürü  kimi  Bərdə rayonunun ərazisində tikilmiş yeni qəsəbələrin və hündür mərtəbəli yaşayış binalarının rayon sakinləri tərəfindən də minnətdarlıq hissi ilə qarşılandığını, ərazidə 178 laçınlı ailəsinin rahat mənzillərlə təmin edildiyini qeyd etmişdir. Eyni zamanda Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin qayğısı ilə bu işlərin 2014-cü ildə də davam etdiriləcəyini  görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Qeyd olunmalıdır ki, hazırda faktiki olaraq  Bərdə rayonu ərazisində Laçından 1856 ailə 7094 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Bununla yanaşı həmin  ərazidə Laçın rayonunun  15 ümumtəhsil məktəbi, 8 səhiyyə, 15 mədəniyyət müəssisəsi, rayonun 127 saylı Texniki peşə məktəbi və 1 uşaq bağçası fəaliyyət göstərir
Ötən il Bərdə rayonunda yaşayan aztəminatlı, şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə iştirakçılarına və veteranlarına Rayon İcra Hakimiyyətinin köməkliyi ilə 4 dəfə ərzaq yardımları çatdırılmış, şəhid, xəstə, imkansız, evi yanan bir neçə ailəyə maddi yardım göstərilmişdir.
Görüşdə iştirak edən rayon sakinlərindən 33 nəfəri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, məskunlaşdıqları ünvanlarda səyyar qəbul-görüşlərin keçirilməsinin əhəmiyyətini razılıqla qeyd edərək ,  mövcud problem və çətinliklərin həllində onlara köməklik göstərilməsini bildirmişlər. Qaldırılmış problemlərlə bağlı görüşdə iştirak edən rayonun aidiyyəti  idarə , müəssisə rəhbərlərinə və digər səlahiyyətli şəxslərə konkret tapşırıqlar  verilmiş və icrası nəzarətə götürülmüşdür.

Keçidlər