Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.

21 yanvar 2014 | 16:00

20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 13 dekabr 2013-cü il tarixli, 103 nömrəli sərəncamı ilə təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq tədbirlər planı tərtib edilmiş, tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər keçirilmişdir.
  07 yanvar 2014-cü il tarixdən başlayaraq, 20 Yanvar gününün Azərbaycanın azadlığı və suverenliyi naminə mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar rayonun idarə və müəssisələrində, həmçinin kənd icra nümayəndəliklərində anma mərasimlərinin keçirilməsi təşkil edilmiş, Taxta körpü qəsəbəsində “Şəhidlərin xatirə kompleksi” ətrafında təmizlik və abadlıq işləri aparılmışdır. Rayonun bütün tədris müəssisələrində yanvarın 17-də Qanlı Yanvar faciəsinə həsr edilmiş xüsusi dərsin aparılması təmin olunmuşdur.
Yekun olaraq 20 yanvar 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Taxta körpü qəsəbəsində fəaliyyət göstərən idarə və müəssisələr, ərazidə fəaliyyət göstərən bütün məktəb kollektivlərinin iştirakı ilə “Şəhidlərin xatirə kompleksi” ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur. Sonra tədbir “Şəhidlərin xatirə kompleksi”-nin qarşısında davam etdirilmişdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra, Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov faciənin baş vermə səbəblərindən danışaraq, dövlətimizin müstəqilliyinin əldə edilməsində faciə qurbanlarının misilsiz xidmətlərini xüsusi qeyd etmişdir. Eyni zamanda rayon rəhbəri bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılmış və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini vermişdir.
Tədbirdə çıxış edən digər rayon ictimaiyyətinin nümayəndələri də faciənin baş vermə səbəblərindən danışaraq,  bu hadisələrin təşkilatçıları olan Mixail Qorbaçov və o zamankı Azərbaycan rəhbərlərini  cəzalandırılmasını tələb etmişlər. Sonda rayon məktəblilərinin 20 Yanvar faciəsi ilə bağlı hazırladığı kompozisiya nümayiş olunmuşdur.
20 yanvar 2014-cü il tarixdə Bakı şəhərində Laçın rayon ictimaiyyəti nümayəndələrinin Şəhidlər Xiyabanını ziyarət etmələri təşkil olunmuşdur.
Eyni zamanda Tədbirlər Planına uyğun olaraq, 20 yanvar günü Taxta körpü ərazisində faciənin ildönümü ilə bağlı matəm əlaməti olaraq kənd və qəsəbələrdə, rayonun bütün inzibati idarələrində faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə dövlət bayraqlarının endirilməsi təşkil olunmuş, saat 12:00-da rayon sakinlərinin məskunlaşdıqları ərazilərdə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təmin olunmuşdur.

Keçidlər