Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Muzeyini ziyarət etdilər.

14 yanvar 2014 | 16:00

13 yanvar 2014-cü il tarixdə Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun kənd və qəsəbə inzibati ərazi dairəsi  üzrə nümayəndəliklərində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçiriləcək hesabat yığıncaqlarından əvvəl ənənəvi olaraq nümayəndəlik əməkdaşları, Laçın ictimaiyyətinin nümayəndələri Ağcabədi rayon İcra Hakimiyyətinin qarşısında  ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,  abidə önünə tər güllər düzmüşlər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyində olmuş, Muzeydə Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı müxtəlif sənəd və foto şəkillərlə yaxından tanış olmuş, muzey əməkdaşları tərəfindən Heydər Əliyevin Ağcabədi rayonuna səfərləri və Qarabağ bölgəsinə olan diqqət və qayğısı barədə verilən ətraflı məlumatlar onlar tərəfindən maraqla dinlənilmişdir.

Keçidlər