Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhəri Texniki Peşə məktəbinin yataqxanasında məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş keçirildi

01 yanvar 2014 | 16:00

Rayon İcra Hakimiyyətinin kollektivi  və rayon fəalları 31 dekabr 2013-cü ildə  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yen il bayramı münasibəti ilə Ağcabədi şəhəri Texniki Peşə məktəbinin yataqxanasında məskunlaşmış laçınlı məcburi köçkün ailələri ilə  görüşərək, onları hər iki bayram münasibəti ilə təbrik etmişdirlər. Bayram tədbirində  çıxış edən Laçın rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Tofiq Mirzəyev sakinlərə rayon rəhbərliyinin bayram təbriklərin çatdırmış, Ulu öndər Heydər Əliyevin dahiliyi və uzaqgörənliyi sayəsində son 20 ildən artıq bir dövrdə xalqımızın 31 dekabr həmrəylik gününü ruh yüksəkliyi və təntənə ilə qeyd etdiyini xüsusilə vurğulayaraq bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülmüş işlərdən danışmışdır.
Rayon rəsmisi 2013-cü ildə  ölkəmizdə və  rayonda görülmüş işlərə, əldə olunmuş nailiyyətlərə bir daha nəzər yetirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşları ilə yanaşı aztəminatlı qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır.
Görüşdə çıxış edən laçınlı məcburi köçkülər onlara göstərilən hərtərəfli dövlət qayğısından razı qaldıqlarını ölkə Prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağ problemi istiqamətində həyata keçirdiyi ardıcıl qətiyyətli siyasət sayəsində tezliklə ata-baba yurdlarına qayıdacaqlarına əminliklərini bildirmişlər.
Sonda yataqxanada məskunlaşmış laçınlı köçkün ailələrinə bayram sovqatı paylanılmışdır.

Keçidlər