Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı məktəb kollektivləri ilə görüş keçirmişdir.

26 noyabr 2013 | 16:00

       2013-2014-cü il tədris ilində təhsilin keyfiyyətinin daha da  artırılması məqsədilə 2013-cü il 31 oktyabr – 16 noyabr tarixlərində Laçın Rayon İcra Hakimiyyətinin başçısı  cənab Akif Səlimov  Bakı,  Sumqayıt, Abşeron, Ağcabədi və Taxta körpü ərazisində fəaliyyət göstərən Laçın  rayonunun  bir  neçə  ümumtəhsil  müəssisələrində olmuşdur. Rayon rəhbəri  görüş keçirtdiyi rayonun  Badamdar ümumi orta,   1 , 3, 11  və 37 nömrəli,  Aran ümumi orta və Taxta körpü tam orta məktəblərində  görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə təhsilinə göstərdiyi hərtərəfli diqqət və qayğıdan ətraflı söhbət açmış, ilbəil yeni inşa edilmiş yüzlərlə təhsil müəssisələrinin məktəblilərin istifadəsinə verilməsinin, xüsusilə müasir texniki avadanlıqlarla təmin edilməsinin ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanmasını bildirməklə, bunun ölkə təhsilinə yeni bir stimul verdiyini bildirmişdir. Rayon rəhbəri eyni zamanda ötən tədris ilində pedaqoji kollektivlərin əldə etdikləri nailiyyətlərə diqqət çəkərək, bu istiqamətdə işlərin davam etdirilməsini, təhsildə yeni təlim metodlarından istifadənin vacibliyini vurğulamışdır. Bununla yanaşı Rayon İcra Hakimiyyətinin başçısı pedaqoji kollektivlərlə görüşü zamanı məktəblilərə son iyirmi ildən artıq bir dövrdə ata baba yurdlarımızın  yadelli erməni təcavüzkarları tərəfindən işğalda saxlanıldığını bildirməklə  onlarla hərbi vətənpərvərlik mövzusunda geniş söhbətlər aparmış, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən  ordu quruculuğundan danışaraq, gənclərimizin digər sahələrlə yanaşı hərb sənətinə yiyələnməyin vacibliyini pedaqoji kollektivlərə tövsiyə etmişdir.
Bununla yanaşı rayon rəhbəri dövlətimizin regionda tolerant və sülhsevər dövlət olması ilə yanaşı,  ölkə rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin torpaqlarımızın  sülh yolu ilə işğaldan azad olması istiqamətindəki uğurlu  siyasətdən, bu sahədə aparılan geniş diplomatik fəaliyyətindən danışmışdır. Həmçinin o, bununla yanaşı ölkə vətəndaşlarının da hər an Ali Baş Komandan  cənab İlham Əliyevin hər bir çağırışına hazır olduqlarını qeyd etməklə əgər torpaqlarımızın işğaldan azad olunması sülh yolu ilə alınmazsa, hərbi yolla da  işğal altında olan  torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirmişdir.  Rayon rəhbəri görüş zamanı məktəblilərin təhsil səviyyəsi ilə maraqlanmış, müəllim və şagirdlər tərəfindən qaldırılan mövcud problemlərin aradan qaldırılması istiqamətində müvafiq köməklik olunması üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər