Şriftin ölçüsü :

Saytın rəngi :

21 noyabr Yeni Azərbaycan Partiyasının yarandığı gündür.

22 noyabr 2013 | 16:00

21 noyabr 2013-cü il  tarixdə  Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu  Taxta-körpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibəti ilə Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası  Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. İlk  öncə tədbir iştirakçıları  Rayon İcra Hakimyətinin inzibati binası qarşısındakı  Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, abidə önünə tər  güllər düzmüşlər.
Sonra tədbir Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının konfrans zalında davam etdirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  açıq elan etdikdən sonra, Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibəti ilə ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün Yeni Azərbaycan Partiyasının üzvlərini, eləcə də tədbir iştirakçılarını təbrik etmişdir. Rayon rəhbəri çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası və onun böyük lideri Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda son dərəcə mürəkkə, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa bilərdik. Eyni zamanda rayon rəhbəri bildirmişdir ki,     
olduqca çətin bir şəraitdə yaranan bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.
Tədbirdə “Yeni Azərbaycan Partiyası bugünümüzün və gələcəyimizin partiyasıdır”  mövzusunda məruzə dinlənilmişdir.
Məruzədə və çıxışlarda  bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın maraqlarını üstün tutan, fəaliyyətini xalqın istəkləri üzərində quran, ölkəmizin inkişafında,  müasir siyasi sistemin formalaşmasında mühüm rol oynayan aparıcı və yeganə partiyadır.  Həmçinin bildirilmişdir ki, Heydər Əliyev ideyaları ilə silahlanmış Yeni Azərbaycan Partiyası  hələ bundan sonra da Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə xidmət edəcəkdir. Bunun məntiqi nəticəsidir ki,  2013-cü ilin oktyabr ayında respublikamızda  keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının  vahid namizədi cənab İlham Əliyev çox böyük uğurla qələbə qazanmışdır.      
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə partiya və Laçın  rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərinə görə fərqlənən şəxslərə hakim partiyanın Laçın rayon təşkilatının Fəxri fərmanları, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənc  üzvlərə partiyanın vəsiqələri təqdim edilmişdir.

Keçidlər