Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığı və ona qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

29 aprel 2022 | 16:00

2022-ci il aprelin 29-da Laçın Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə  Laçın rayonunun Taxta körpü qəsəbə tam orta məktəbində yuxarı sinif şagirdləri, müəllim və valideynlərin iştirakı ilə “Məişət zorakılığı və ona qarşı mübarizə hər bir cəmiyyətin ümdə vəzifəsidir” mövzusunda  maarifləndirici tədbir keçirildi.
      Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazov, Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin əməkdaşı Minə Əliyeva, DQİDK-nın Ağcabədi  bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid  Məlikzadə  və məktəb rəhbərliyi  iştirak ediblər.
      Çıxışlar zamanı qeyd olunmuşdur ki,  dünyanın bütün ölkələrində olduğu kimi cəmiyyətimizdə də   məişət  zorakılığı  hallarının mövcudluğu  hüquqi  müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Bildirilib ki, ona görə də məişət  zorakılığı və ya  ailədə zorakılıq halları tək bir  ailə üçün yox, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Odur ki, məişət zorakılığı probleminin  həlli obyektiv yanaşma,analitik tədbirlərin həyata keçirilməsini tələb edir.   
          Bu baxımdan bütün vətəndaşların, xüsusilə yeniyetmə və gənclərin məişət zorakılığı hallarından qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilibdir. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdıraraq, vurğulayıblar ki, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi və bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması vacib amillərdəndir.  Bu baxımdan, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”  hazırlanması və həyata keçirilməsi vacib amilllərdəndir.
           Qarşılıqlı dialoq şəklində keçirilən tədbirdə iştirakçılar tərəfindən qaldırılan suallar cavablandırılmış , belə tədbirlərin vaxtaşırı keçirilməsi vurğulanmışdır.

Keçidlər