Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və qazilər dövlətin daim diqqət mərkəzindədir

28 aprel 2022 | 16:00

     Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı. Bu tarixi qələbənin əldə olunmasında canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin və müharibə veteranlarının döyüş meydanında göstərdikləri misilsiz qəhrəmanlıq və şücayət həb tariximizə qızıl hərflərlə yazıldı.
    Dövlətimiz və xalqımız Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə daim dərin ehtiram, diqqət və qayğı göstərir. Hər bir Vətən müharibəsi iştirakçısının keçdiyi 44 günlük döyüş yolu xalqımızın qəlbində əbədi  iftixar hissi yaratmışdır. Bu kateqoriyadan olan ailələrlə vaxtaşırı görüşlər keçirilir, onların qaldırdıqları məsələlərə  həssaslıqla yanaşılır.
    Bu baxımdan 2022-ci il 28 aprel tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli laçınlı üç nəfər Vətən müharibəsi qazisini növbədən kənar qəbul etmişdir. Qəbul zamanı rayon rəhbəri hər bir müharibə veteranının ailə vəziyyəti ilə bağlı ətraflı söhbət olunmuş, onları narahat edən məsələlər müzakirə olunaraq həllinə dərhal köməklik olunması üçün aidiyyəti üzrə tapşırıq verilərək icrası nəzarətə götürülmüşdür.                        
     Vətən müharibəsi qaziləri onlara göstərilən hərtərəfli qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər