Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir
20 aprel 2022 | 16:00
2022-ci il 20 aprel tarixdə Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin qəbulu keçirilmişdir.
Qəbula yazılmış 20 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 13-ü münasib işlə təmin olunma, 4-ü mənzillə təmin edilmə, 1-si torpaqdan istifadə, 1-i səhiyyə və 1-i isə digər məsələ barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.