Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirilmişdir

07 aprel 2022 | 16:00

   2022-ci il 7 aprel tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində müvəqqəti  məskunlaşmış  laçınlı  məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
   Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində, 18 saylı Laçın tam orta məktəbinin inzibati binasında keçirilmiş, 44 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bildirmişdir ki, pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, məhz ölkə Prezidenti cənab İlham Əliyevin müdrik təşəbbüsləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu qlobal təhlükəni az itkilərlə dəf etməyə nail olmuşdur. Həmçinin, rayon rəhbəri çıxışında  44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğalçılardan azad etməsindən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su Elektrik Stansiyasının açılışında  və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından danışmışdır. Çıxışda eyni zamanda şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışılmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığı, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyi bildirilmişdir.
   Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
    Səyyar qəbulda 6 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin  müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
    Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri  iştirak etmişlər.
    Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına görə, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər