Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr - Dövlət müstəqilliyi günüdür.

19 oktyabr 2013 | 15:00

18  oktyabr  2013-cü il tarixdə Laçın rayon İcra Hakimiyyətində  Dövlət müstəqilliyi günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbir  iştirakçıları  əvvəlcə Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər. Sonra tədbir Rayon İcra Hakimiyyətində  davam etdirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov açıq elan etdikdən sonra, 18 oktyabr Azərbaycan  Respublikasının  Dövlət müstəqilliyi  günü  münasibəti ilə bütün xalqımızı və tədbir iştirakçılarını təbrik etmiş, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının  qəbul edilməsini  Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu bildirmişdir. Müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu vurğulayan rayon rəhbəri 1992-1993-cü illərdəki Azərbaycanda yaranmış anarxiyadan, vətəndaş müharibəsindən danışaraq, bu müstəqilliyin qorunub saxlanmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu bildirmişdir. Rayon rəhbəri giriş sözü ilə etdiyi çıxışında,  hər il olduğu kimi, bu il də xalqımızın Dövlət müstəqilliyi  gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini, 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda qəbul olunmuş Dövlət Müstəqilliyi  haqqında  Kontitusiya aktının xalqımızın qazandığı  ən dəyərli sərvəti olduğunu bildirmişdir.
Tədbirdə çıxış edən rayon ziyalıları da Dövlət müstəqilliyi  günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 1993-cü ilin ortalarında Azərbaycanda baş verən hərc-mərclikdən,  hakimiyyət özbaşınalığından, baş verə biləcək vətəndaş müharibəsindən, xalqın təkidli tələbi ilə  Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından danışaraq,  dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirmişlər.   Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, dövlət müstəqilliyimizi əbədi edəcəkdir.

Keçidlər