Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir

06 aprel 2022 | 16:00

2022-ci il 6 aprel  tarixdə Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın  Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin  qəbulu keçirilmişdir.

Qəbula yazılmış 18 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 12-i münasib işlə təmin olunma, 3-ü mənzillə təmin edilmə, 2-si torpaqdan istifadə, 1-i isə səhiyyə məsələsi barədə olmuşdur.

Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Keçidlər