Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir

31 mart 2022 | 16:00

  31 mart 2022-ci il tarixdə Laçın Rayon İcra  Hakimiyyətinin təşkilatçılığı ilə  Ağcabədi rayonu Taxta Körpü  qəsəbəsində  çoxsaylı rayon ictimaiyyəti  nümayəndələrinin iştirakı ilə  31  Mart- Azərbaycanlıların   soyqırımı günü ilə bağlı  anım mərasimi  keçirilmişdir.  Anım mərasimdə soyqırım  qurbanlarının  xatirəsi bir  dəqiqəlik  sükutla  yad olunmuş, 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat  verilmişdir. Tədbirdə xüsusilə vurğulanmışdır ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən soyqırım və təcavüz siyasətinə  Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ilk dəfə hüquqi-siyasi qiymət verildiyi, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanın tarixi əhəmiyyət daşıdığı qeyd olunmuşdur. Eyni  zamanda   bildirilmişdir ki, erməni  millətçilərinin   törətdiyi  soyqırım  kimi cinayətləri dünya  dövlətlərinin  parlamentləri, beynəlxalq  təşkilatları tərəfindən tanınmasına ölkə Prezidenti cənab İlham Əliyevin apardığı  çoxşaxəli  siyasət  sayəsində nail  olunmuşdur.  Tədbirdə çıxış edən rayon  sakinləri və ictimaiyyət nümayəndələri azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz  qalmalarını, doğma yurdlarından  didərgin salınmasını  XX əsr tarixinin ən faciəli və dəhşətli hadisələri olduğunu, bu hadisələrin törədicilərinə hiddət və nifrətlərini bildirmişlər.
   Sonra tədbir iştirakçıları Taxta Körpü ərazisindəki  “Şəhidlərin xatirə  kompleksi”ni  ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.

Keçidlər