Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir

30 mart 2022 | 16:00

    2022-ci il 30 mart  tarixdə Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın  Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin  qəbulu keçirilmişdir.
     Qəbula yazılmış 6 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 5-i münasib işlə təmin olunma, 1-i isə mənzillə təmin olunma  məsələsi barədə olmuşdur.
     Sakinlərin həmin müraciətlərində göstərilən məsələlərlə bağlı onlara qanunamüvafiq izahlar və məqsədyönlü istiqamət verilmişdir.

Keçidlər