Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində şəhid ailələri ilə silsilə görüşlər keçirilir.

18 mart 2022 | 16:00

      Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi zamanı  qəhrəmancasına  şəhid olan hər bir Azərbaycan vətəndaşının əziz xatirəsi daim ehtiramla anılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında davamlı olaraq şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən  diqqət və qayğı ümumxalq rəğbəti ilə qarşılanır. 
      Ölkəmizin hər bir guşəsində olduğu kimi  Laçın rayonunda da şəhid ailələrinə xüsusi ehtiram və qayğı ilə yanaşılır. Laçın Rayon İcra Hakimiyyətinin başçısı və aparatın əməkdaşları tərəfindən vaxtaşırı şəhid ailələri ilə görüşlərin keçirilməsi,  onların qayğıları ilə yerində  maraqlanaraq qaldırılan məsələlərin həllinə yaxından köməklik olunması rayonda ənənə halını almışdır.
        Bu baxımdan Novruz bayramı ərəfəsində  Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları Bakı, Sumqayıt, Şəki, Yevlax şəhərləri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı şəhid ailələri ilə görüşərək onları bayram münasibəti ilə təbrik etmişlər. Keçirilən görüşlər zamanı şəhid ailələri ilə ətraflı söhbət aparılmış, Vətən müharibəsi şəhidlərinin keçdikləri şərəfli döyüş yolundan danışılmış, onlara Uca Tanrıdan rəhmət diləmişlər.  
        Şəhid ailələri onlara göstərilən bütün qayğılardan razı qaldıqlarını, buna  görə ölkə başçısı cənab İlham  Əliyevə  minnətdarlıqlarını  bildirmişlər.

Keçidlər