Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Şirvan şəhərində keçirilmişdir

18 mart 2022 | 16:00

   2022-ci il 18 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin Şirvan şəhərində müvəqqəti  məskunlaşmış  laçınlı  məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
   Şirvan şəhəri, 685 ailəlik məcburi köçkünlər qəsəbəsində fəaliyyət göstərən 10 saylı Füzuli rayon tam orta məktəbinin  inzibati binasında keçirilən, 34 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bildirmişdir ki, pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, məhz ölkə Prezidenti cənab İlham Əliyevin müdrik təşəbbüsləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu qlobal təhlükəni az itkilərlə dəf etməyə nail olmuşdur. Həmçinin, rayon rəhbəri çıxışında  44 günlük Vətən müharibəsində  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğalçılardan azad etməsindən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən danışmışdır.
   Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də söhbət açmışdır.
Səyyar qəbulda beş nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu işlə təmin olunma, əlillik dərəcəsinin təyin edilməsi, mənzillə təmin olunma məsələləri ilə bağlı olmuşdur. Həmin müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, tapşırıqların icrası nəzarətə götürülmüşdür.
   Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
   Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına görə, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər