Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlər üçün salınan qəsəbə yaxın vaxtlarda istifadəyə veriləcəkdir

18 noyabr 2011 | 16:00

Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün salınan 552 ailəlik yeni qəsəbədə son tamamlama işləri aparılır.
Dövlət Neft Fondundan ayrılmış vəsaitlə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa edilən qəsəbədə evlərin 49-u birotaqlı, 194-ü ikiotaqlı, 237-si üçotaqlı, 72-si isə dördotaqlıdır. Hər bir ailəyə 12 sot həyətyanı torpaq sahəsi ayrılmışdır. Qəsəbədə 360 yerlik orta məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, yanğınsöndürmə deposu, hər birinin tutumu 50 kubmetr olan iki su anbarı tikilmiş, müasir sutəmizləyici qurğular quraşdırılmışdır. 14 kilometr uzunluğunda magistral içməli su xətti, 110/10 kilovotluq elektrik yarımstansiyasını qidalandırmaq üçün 20,3 kilometr uzunluğunda elektrik verilişi və təbii qaz xətləri çəkilmişdir.
Ağcabədi rayonu ərazisində olan Xocavənd, Yastıyol və Taxtakörpü fin qəsəbələrində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkün ailələrinin yaxın vaxtlarda qəsəbəyə köçürülməsi nəzərdə tutulmuşdur.

Keçidlər