Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir
16 mart 2022 | 16:00
2022-ci il 16 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin qəbulu keçirilmişdir.
Qəbula yazılmış 12 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 7-si münasib işlə təmin olunma, 1-i torpaq, 4-ü isə digər məsələlər barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərində göstərilən məsələlərlə bağlı onlara müvafiq izahat və düzgün istiqamət verilmişdir.