İLAXIR - TORPAQ ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!..
Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var. Novruzdan əvvəlki son 4 çərşənbəyə, xüsusilə Azərbaycan mədəniyyətində ayrı bir əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür ilə (su, od, külək və torpaq) əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.
Torpaq çərşənbəsi
Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.
Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır.
İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.
İl axır və ya torpaq çərşənbəsi
Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Topraq çərşənbəsidir.
Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir.
Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr icra olunur.
Xüsusilə onu da fəxarət hissi ilə qeyd edirik ki, Möhtərəm Prezidentimiz, yenilməz Ali baş Komandan cənab İlham Əliyein rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 Günlük Vətən, II Qarabağ müharibəsi zamanı erməni işğalçılarından torpaqlarımızın azad edilməsi ilə bu gün Şuşada, Laçında, Füzulidə, Ağdamda Qubadlıda, Zəngilanda, Cəbrayılda, Kəlbəcərdə və neçə-neçə kəndimizdə “Novruz” tonqalları qalanaraq xalqımız bu bayramı ürək açıqlığı, sevinc və Qələbə hissi ilə qeyd edir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayon sakinlərini müqəddəs “Novruz” bayramı münasibəti təbrik edir, bütün ailələrə firavanlıq və bol-bol sevinc arzulayır.
Rayon sakinlərinin nəzərinə: Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir !
Belə ki, bu il də Novruz bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən bayram tədbirlərində ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmalıdır.
Həmçinin, müxtəlif bayram mərasimləri ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:
- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!