Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilmişdir

09 mart 2022 | 16:00

    2022-ci il 9 mart  tarixdə Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın  Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin  qəbulu keçirilmişdir.     
   Qəbula yazılmış dörd nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 3-ü münasib işlə təmin olunma, 1-i isə mənzillə təmin edilmə məsələləri barədə olmuşdur.
     Sakinlərin həmin müraciətlərində göstərilən məsələlərlə bağlı onlara müvafiq izahat və düzgün istiqamət verilmişdir.

Keçidlər