Şriftin ölçüsü :

Saytın rəngi :

5 Mart - Bədən Tərbiyəsi və İdman Günüdür

05 mart 2022 | 16:00

    Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix ölkə başçısı cənab  İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. 1995-ci il martın 5-də Ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub.
     1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən ölkə  Prezidenti cənab  İlham Əliyevin ardıcıl və  uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.  Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
      5 Mart-Bədən Tərbiyəsi və İdman Gününün cari ildə də qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən  27 fevral – 5 nmart 2022-ci il tarixlərində ölkə ərazisində  “İdman Həftəsi” elan edilmişdir.  “İdman Həftəsi” çərçivəsində Laçın Rayon Gənclər və İdman idarəsi tərəfindən tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planı çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir. 1-2 mart 2022-ci il tarixlərdə Laçın Rayon Uşaq Gənclər İdman-Şahmat məktəbinin Şahmat qrupları arasında birincilik yarışı, 3-4 mart  tarixlərdə isə  Laçın Rayon Uşaq Gənclər İdman-Şahmat məktəbinin Stolüstü tennis qrupları arasında birincilik uğrunda yarışlar  keçirilmişdir. Bununla yanaşı 4 mart 2022-ci il tarixdə Laçın “Alpaqun” və “Çıraqlı” Uşusando klublarının iştirakı ilə nümunəvi çıxışlar nümayiş etdirilmişdir. Eyni zamanda 5 mart 2022-ci il tarixində Ağcabədi rayonu Taxta Körpü ərazisində  cüdo idman növü üzrə 2008-2010 və 2011-2013-cü il təvvəllüdlü (oğlan)  idmançılar arasında Qarabağ regionu üzrə  4 komandanın iştirakı ilə yoldaşlıq görüşü təşkil edilmişdir.
     Laçınlı idmansevərlər ölkəmizdə idmanın inkişafı üçün yaradılmış hərtərəfli şəraitdən razı qaldıqlarını  görə ölkə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Keçidlər