Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bərdə rayonunda görüşü-səyyar qəbulu keçirilmişdir

03 mart 2022 | 16:00

   2022-ci il 3 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin Bərdə rayonunun Təhlə kəndi  ərazisindəki 195 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti  məskunlaşmış  laçınlı  məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
   Bərdə rayonunun Təhlə kəndi  ərazisindəki 195 ailəlik məcburi köçkün qəsəbəsində, şəhid Vüqar Abdullayev adına Laçın rayonunun Hacıxanlı kənd tam orta məktəbinin inzibati binasında pandemiya dövrünün tələblərinə əməl olunmaqla keçirilən, 34 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son  illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su       Elektrik Stansiyasının açılışında  və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından danışmışdır. Çıxışda eyni zamanda şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışılmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığı, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyi bildirilmişdir.
Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Həmçinin, rayon rəhbəri çıxışında dünya əhalisinin COVID-19 infeksiyasına qarşı peyvənd olunmasının koronavirus pandemiyasının qarşısının alınmasında ən mühüm amillərdən biri olduğunu bildirərək, sakinləri dövlətimiz tərəfindən həyata keçirilən keçirilən vaksinasiya tədbirlərində aktiv iştirak etməyə çağırdı.
   Səyyar qəbulda 6 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu 195 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış rayon sakinlərinin vahid aylıq müavinətin plastik kartlarının “Kapital Bank”ın Bərdə rayon  filialına yox, məhz yaşadıqları əraziyə yaxın olduğu üçün “Kapital Bank”ın Laçın rayon filialına göndərilməsi, Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan yaşlı nəslin nümayəndələrinin işğaldan azad olunmuş doğma yurd-yuvalarına ziyarətinin təşkili, təhsil aldığı ali məktəbdə imtahandan kəsirləri yaranmış övladının həqiqi hərbi xidmətə çağırılmasına möhlət hüququnun verilməsi, işinin ixtisara düşməsi ilə bağlı həmin sahədə işə bərpa olunması məsələləri ilə bağlı olmuşdur. Qeyd edilən müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
    Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri  iştirak etmişlər.
    Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına görə, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə, onları bütün infrastuktura malik yeni mənzillərlə təmin etdiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər