Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon ictimaiyyəti nümayəndələri Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirmişlər.

26 fevral 2022 | 16:00

Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında təsdiq edilmiş tədbirlər planına uyğun olaraq cari ilin fevral ayı ərzində rayonun idarə, müəssisə, təşkilat, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və ümumtəhsil məktəblərində silsilə  tədbirlər keçirilmiş, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayişi təşkil edilmiş, rayonun bütün tədris müəssisələrində Xocalı faciəsinə həsr edilmiş xüsusi dərslərin keçirilməsi, 26 fevral günü  Azərbaycan Respublikasının dövlət bayrağının endirilməsi təmin olunmuşdur.

        2022-ci il 26 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, hüquq mühafizə orqanlarının və idarə, müəssisə, təşkilat rəhbərlərinin, şəhid ailələri və çoxsaylı rayon sakinlərinin iştirakı ilə  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı geniş ümumrayon tədbiri keçirilmişdir. Taxta körpü qəsəbəsi ərazisindəki   Şəhidlərin Xatirə Kompleksi qarşısında  rayon sakininin  iştirakı ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna dualar oxunmuşdur. Tədbirdə  rayon rəhbərliyi,  ictimaiyyət nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları tərəfindən Taxta Körpü qəsəbəsində şəhidlərinin xatirəsinə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi” ziyarət olunaraq abidənin önünə tər qərənfillər düzülmüşdür.

   Mərasimdə Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salınaraq, ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün insanlığa  qarşı törədilən qatı cinayət olduğu bildirilərək, bu dəhşətli faciəyə real qiymətinin Ulu öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlandığı, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva  tərəfindən bu missiyanın uğurla davam etdirilməklə faciənin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunduğu bildirilmişdir.     
  Anım tədbirində düşmən tapdağı altındakı torpaqlarımızın Şanlı ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində azad edilməsindən danışılaraq,  artıq bütün şəhidlərimizin narahat ruhlarının  rahatlıq tapdığı vurğulanmışdır.

Keçidlər