Şriftin ölçüsü :

Saytın rəngi :

“2022-ci il Şuşa İli” Zəfərin təntənəsi, Milli kimliyimizin təqdimatı, Böyük Qayıdışın Başlanğıcıdır.

18 yanvar 2022 | 16:00

         Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev  Şuşa şəhərinin  xalqımız  üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq   2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncam imzalamışdır. Xalqımız tərəfindən sevinc və dərin razılıqla qarşılanan  bu Sərəncam bütün dünya azərbaycanlılarında da yüksək əhval-ruhiyyə və qürur hissi yaratmışdıır. Cari il ərzində görüləcək işlər,  həyata keçirələcək bütün tədbirlər Şuşanın tarixinin tədqiqi, onun əzəli Azərbaycan torpağı kimi xalqımıza mənsubluğunun bir daha sübutu, şəhərin dünyaya təqdimatıdır. Ümumiyyətlə  Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması, beynəlxalq turizm mərkəzinə çevrilməsi ilə birbaşa əlaqəli olacaq ki,  bu da füsunkar Qarabağın dünyaya nümayişini təşkil edəcəkdir.              
       Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşanın bu il 270 illiyi qeyd olunacaq ki, bu illər ərzində Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bu ilin “Şuşa İli” elan olunması isə bütün xalqımız üçün cari ildə görüləcək işlərin əhəmiyyətini daha da artırır. Qeyd olunmalıdır ki, ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən imzalanmış Sərəncam bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini nümayiş etdirir. Bu Sərəncam həm də 2022-ci ildə Şuşada və 44 günlük Vətən müharibəsində  işğaldan azad olunmuş digər ərazilərimizdə aparılan quruculuq işlərinin daha böyük vüsət almasına səbəb olacaqdır. Dövlət başçısı cənab  İlham Əliyev tərəfindən imzalanmış Sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Erməni qəsbkarları 1992-ci ili mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da, buna nail ola bilməyiblər. Yenilməz Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igid əsgər və zabitlərinin əfsanəvi qəhrəmanlığı sayəsində  2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Zəfərlə  başa vuraraq,  bununla da ermənilərin Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoyuldu.
           Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün isə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə düşməndən  azad edilmiş  Şuşanın yenidən dirçəlişi  istiqamətində möhtəşəm işlər görülür. Ölkə Prezidenti  cənab  İlham Əliyevin Birinci vitse-prezident, xalqımızın sevimli qızı Mehriban xanım Əliyeva ilə birlikdə son bir ildə Şuşa şəhərinə 7 dəfə səfər etmələri,  burada bərpa-quruculuq işlərinin həyata keçirilməsinə, eləcə də tarixi-mədəni irsin bərpası və qorunması istiqamətində aparılan işlərə dövlətimiz tərəfindən xüsusi diqqət ayrıldımasının əyani təzahürüdür. Xüsusilə qeyd olunmalıdır ki,   2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanması ötən ilin mayında Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə qəbul olunmuş qərarın məntiqi davamı kimi Şuşada görüləcək işlərin vüsətini daha da artıracaqdır.
            Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin şərəfli ömür yolunun 60 illik yubileyini xalqımızla birlikdə Şuşada qeyd etməsi bu şəhərin milli kimliyimizin tanıdılması yolundakı rolu, Ulu Öndərin arzularının gerçəkləşməsi nümunəsi kimi, böyük  azərbaycanlı düşüncəsində Şuşanın hansı zirvədə durduğu ilə bir harmoniya təşkil edir. Şuşaya göstərilən diqqət həm də erməni ekstremistlərinin Şuşanın tarixinə sahiblənmə planlarına, yaratmaq istədikləri bütün miflərə  münasibətdə Azərbaycan liderinin amansız və prinsipial mövqeyinin əyani  təzahürüdür.  Qeyd olunmalıdır ki,  il ərzində Şuşanın 270 illiyi ilə əlaqədar keçiriləcək  beynəlxalq tədbirlərdə dünyanın bir sıra nüfüzlu dövlətlərinin nümayəndələrinin iştirakı gözlənir ki, bu da Azərbaycan mədəniyyətinin dünyada təbliğində  şübhəsiz ki, böyük rol oynayacaqdır. 
          Azərbaycanın mədəniyyət paytaxtı  Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası istiqamətində  nəhəng layihələr gerçəkləşdirilir. Xüsusilə qısa müddətdə Şuşanın baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə  isə möhtəşəm “Xarıbülbül” musiqi festivalının və Vaqifin əzəmətli məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası onu  göstərir ki, Şuşa şəhəri  sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşacaqdır.                          
         Bu gün  Şuşanın düşməndən  azad olması hərb tarixində yeni səhifə olduğu kimi, Qarabağın, Şuşanın bərpası da beynəlxalq təcrübədə unikal model formalaşdırır. Ölkə rəhbəri cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə aparılan quruculuq işləri, ölkəmizin dayanıqlı iqtisadi resursları hər birimizdə qəti əminlik yaradır ki,  tezliklə mədəniyyət paytaxtımız Şuşa şəhəri  və bütünlüklə  Qarabağ cənnətə çevriləcək, gözəl Şuşamız əbədi olaraq  Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcəkdir.

Keçidlər