Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” adlı konfrans keçirilmişdir

23 dekabr 2021 | 16:00

       23 dekabr 2021-ci il tarixində Laçın rayonu icra strukturları, idarə, müəssisə və təşkilatların müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta Körpü ərazisində   “Azərbaycan son 18 ildə” adlı konfrans keçirilmişdir.
       Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP Laçın  rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov,  rayonun hüquq mühafizə orqanları, idarə müəssisə rəhbərləri,  ərazi ilk partiya təşkilat sədrləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə rayon İcra Hakimiyyəti  inzibati binası qarşısında ucaldılmış  ulu öndər Heydər Əliyevin büstünü ehtiramla ziyarət edərək  abidə  önünə tər güllər düzmüşlər. Sonra tədbir Laçın Rayon İcra Hakimiyyəti inzibati binasının  iclas zalında davam etmişdir. 
     YAP Laçın  rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov tədbiri açıq elan edərək bildirdi ki, cənab İlham Əliyevin Prezident seçildiyi ilk gündən bu günə qədər ki,  bütün fəaliyyəti dünya siyasətçiləri üçün örnəkdir. Natiq qeyd etmişdir ki, cənab  İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçilərkən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına söz verdi və bu günə qədər də sözünə əməl edir. Bütün dövrlərdə Prezident xalqın, torpağın mənafeyi uğrunda çalışaraq çıxışlarında  qətiyyətlə qeyd edib ki, biz işğalda olan torpaqlarımızı mütləq azad  edəcəyik.  Azərbaycan Prezidentinin ata vəsiyyətinə sədaqəti və xalq qarşısında verdiyi vəd 2020-ci ilin  ən böyük tarixi qələbəsi olan  Qarabağ torpaqlarının düşmən işğalından azad etməsi oldu. Qeyd olunub ki, cənab  İlham Əliyevin on səkkiz ili Azərbaycan tarixinin unudulmaz səhifələridir.
    Daha sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  tədbirdə çıxış edərək ölkə Prezidenti   cənab İlham Əliyevin ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrildiyini, bu illər  ərzində ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunmaqla, ölkə iqtisadiyyatının  3,2 dəfə artığı, yoxsulluğun 49 faizdən təxminən 5 faizə endiyi, 2 milyondan çox yeni iş yerləri yaradıldığı, əmək haqları, pensiyaların dəfələrlə artırıldığını bildirib.
   Rayon rəhbəri çıxışında  Ulu öndər Heydər Əliyevin ən layiqli  davamçısı olan Cənab İlham Əliyevin,  yenilməz  sərkərdəlik bacarığı və  mahir diplomat  kimi, 44 günlük Vətən  müharibəsində möhtəşəm Zəfərə imza atması ilə  tariximizə torpaqlarımızı işğaldan azad edən, xalqımızı böyük  bəladan qurtaran,  xilaskar kimi  düşdüyünü xüsusilə qeyd etmişdir. 
   Həmçinin,  tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki,  cənab Prezident İlham Əliyev on səkkiz illik fəaliyyəti dövründə  ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub,  insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir deyə qeyd ediblər.
    Konfransda Prezident cənab İlham Əliyevin 18 illik fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.

 

Keçidlər