Şriftin ölçüsü :

Saytın rəngi :

Radikal və ekstrimist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları müzakirə olundu

14 dekabr 2021 | 16:00

      2021-ci il dekabın 14-də Laçın Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Radikal və ekstrimist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda onlayn seminar keçirilib.

      Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazov, DQİDK-nın Ağcabədi  bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid  Məlikzadə  və laçınlı gənclərin nümayəndələri  iştirak ediblər.
      Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Dini radikalizm və ekstremizmin vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə mənbəyi olduğu vurğulanıb.

Keçidlər