Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar ədliyyə işçilərinin peşə bayramını qeyd etdilər

22 noyabr 2021 | 16:00

     Laçın rayonunun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxta Körpü ərazisində 22 noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

      Əvvəlcə rayon rəhbərliyi,  ədliyyə, hüquq mühafizə orqanları işçiləri, idarə, müəssisə,  təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası  qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin  abidəsini ehtiramla  ziyarət edərək, abidə önünə tər güllər düzmüşlər.

     Tədbirdə Laçın Ryon İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayan icra başçısı bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün ölkə Prezidenti cənab  İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub.

      Rayon rəhbəri ədliyyə işçilərini bir daha peşə bayramı münasibəti ilə təbrik edərək onlara işlərində uğurlar arzulamışdır.

Keçidlər