Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cabbarov Şahgündüz Habil oglunun məzarı ziyarət edilmişdir

26 oktyabr 2021 | 16:00

    44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Cabbarov Şahgündüz Habil oglunun məzarı ziyarət edilmişdir.
    44 günlük Vətən müharibəsində şəhid olmuş Şahgündüz Cabbarovun məzarı 26.10.2021-ci il tarixdə Laçın rayon ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət olunmuş, məzarı önünə əklil qoyularaq, tər güllər düzülmüşdür.
Şəhidin anım tədbirində Milli Məclisin deputatı Mahir Abbaszadə, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov şəhidin döyüş yolundan söhbət açaraq, onun  döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan danışmış, torpaqlarımızın azad olunması uğrunda canlarından keçən hər bir Qəhrəman övladlarımıza Allahdan rəhmət diləmişdir.
     Laçın rayonunun Oğuldərə kəndindən olan şəhid Cabbarov Şahgündüz Habil oğlu 13 yanvar 1995-ci il tarixdə Bərdə rayonu Mollalı kəndində anadan olmuşdur. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil almış, 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Unversitetinə daxil olmuşdur. 2016-cı ildə təhsilini başa vurub hərbi xidmətə getmişdir. Hərbi xidmətini başa vurduqdam sonra Azərbaycan Dövlət Neft şirkətində Qazmaçı kimi işləmişdir.
    O, 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində könüllü iştirak etmiş, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşmüşdür. 25 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi yaxınlığında gedən döyüşlərdə qəhrəamncasına şəhid olmuş, Xəzər rayonunun Binə qəsəbə qəbirsanlığında dəfn edilmişdir.
    Şahgündüz Cabbarov Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə (ölümündən sonra)  “ Vətən uğrunda” medalı ilə, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə (ölümündən sonra) “Füzulinin azad olunmasına görə” medalı ilə, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
            Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər