Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur

09 oktyabr 2021 | 16:00

    Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Laçın rayonunun Qorçu kənd sakini,  məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşmış Vətən müharibəsi şəhidi Şahvələdov İlyas Etibar oğlunun şəhadətə yüksəlməsinin bir ili tamam olur.
    Şəhidin ildönümü ərəfəsində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ailə üzvlərini ziyarət etmişlər.
Ziyarət zamanı ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən söz açılmış, şəhidin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanmışdır.
     Qeyd edək ki, şəhid İlyas Şahvələdov oktyabrın 9-da Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İlyas Şahvələdov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı (ölümündən sonra) və “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra) ilə təltif olunmuşdur.
Şəhidin ailə üzvləri onlara göstərilən hərtəfəli diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını bildirmişlər.

Keçidlər