Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya cəmiyyət üçün ən böyük təhlükədir!

26 avqust 2021 | 16:00

Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər ( narkotikləri satan insanlar ) həmişə yeni alıcı axtarışında olur. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Abstinensiya halı çox əziyyətli olduğuna görə narkotikdən istifadə edən gənc yeni doza əldə etmək üçün əlindən gələni edir. Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən ölür - onlar cinsi yolla yoluxan infeksiyalara, o cümlədən HİV-lə və ya hepatit C-yə yoluxur, bəziləri isə uzun müddət müalicə alaraq ailəsi və cəmiyyət üçün bir yükə çevrilir.
Narkotik sağlamlığı necə məhf edir. Narkotik - mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini dəyişir, xəstə özünü idarə edə bilmir. İlk növbədə narkotikdən psixika zərər görür. Sizofreniyada olduğu kimi şüur bölünür. Sağlam düşüncənin qaldığı bir hissə başa düşür ki bunu atmaq lazımdır. Şüurun digər hissəsi isə daim istifadəni davam etdirməyi istəyir. Bu ikililik çox əzab verir, psixikanı pozur. Narkomanlığın növlərində psixopatlıq əlamətlər müşahidə olunur. Ən təhlükəlisi çətənə istifadəsi ilə bağlıdır. Bəziləri özlərini inandırmağa çalışırlar ki, çətənə narkotik deyil, amma bu səhvdir. Çətənənin xüsusilə fiziki vəziyyətə təsiri daha yumşaqdır. O, öz təsirini digər narkotiklərin istifadəsi zamanı olduğu kimi tez göstərmir. Amma psixoloji asılılıq yənədə baş verir və bu narkotikin qəbulunda fasilə yaranarsa bir müddət sonra güclü psixoloji narahatlıq, əsəbililik gəlir. Xaş-xaş narkomanlığı psixoz əmələ gətirməsinə gətirib çıxardır. Əgər çətənə kimyəvi formada istifadə edilirsə zərərli qarışım bütün bədənə, həmçinin beynə pis təsir edir. Çətənənin təhlükəsi ondadır ki, nisbətən asan əldə edilir və daha məhşurdur. Pisi odur ki çətənə adətən başlanğıc narkotik kimi sayılır, yəni çətənə ilə başlayan insanlar daha sonra efedron, opium, heroin və digərlərinə keçirlər. Çətənədən istifadə edə-edə insan o sərhəddi keçir özünü saxlaya bilmək instinktini itirir, çətənənin zərərini başa düşmədən asılılıq yaranır və fikirləşməyə başlıyır ki, narkotiklər o qədər də təhlükəli deyil. İstənilən narkotikin hər dəfə qəbulu orqanizmin daxili ehtiyatlarını yandırır və istifadədə fasiləyə psixoloji və fiziki olaraq çox çətin dözülür. Narkotiklərin gəbulu qara ciyəri və böyrəkləri məhv edir. Çox tezliklə onlar artıq tab gətirmir və mədə, ag ciyərlər və s. bütün orqanların fəaliyyəti dayanır. Taksikomaniyanın əsas xüsusiyəti kley və ya benzindir. Onlar çox tez əsasən yağ toxumalarından ibarət olan kəllə beyinə tezliklə çatırlar. Baş ağrıları, yaddaşın ağır pozulması və ağıl zəifliyi – bunlar taksomaniyanın nəticələridir. Amma kəllə beyni digər növ narkomaniyalardan da zərər çəkir, təbiiki onun vəziyyəti insanın orqanizminin ümumi vəziyyəti ilə bağlıdır. Bütün növ narkotiklər imuniteti çox ciddi zədəliyir. Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Hərdən narkotiki atmaq və bunu edə bilməmək arzuları arasında daxili konflikt özünə qəsdə gətirib çixarda bilər. Özünə qəsd üçün səbəb narkomanın özünün yaratdığı və öhdəsindən qələ bilmədiyi problemlər ola bilər. Narkotik həyatı necə məhv edir? Narkotiklər tədricən insan həyatında ən əsas yer tutmağa başlıyır. Onlara qurşanmaq nəticəsində işə və ya təhsilə fikrini cəmləşdirmək çətinləşir. Davamiyətsizlik yaranır, təhsil dayanır, işi itirməy məcbur olur, bütün hallarda ciddi problemlər yaranır. Bununla yanaşı narkotik maddələrə pul lazımdır. Əgər narkotik 24 istifadəçisi olan insanın maddi vəziyyəti yaxşıdırsa oda tədricən hərşeyi itirir. Əgər pul kifayyət gədər deyilsə onda onlar valideyinlərindən qohumlarından və dostlarından muxtəlif bəhanələrlə pul istəyirlər. Artıq bu da kifayyət etmədikdə özününkülərdən və yadlardan oğurluğa, fırıldaqçılığa, qarətə və həmçinin ən pis nəticələri olan ağır cinayətlər törətməyə başlayırlar. Tez və ya gec ailə bu pis əməldən xəbər tutur. Mübahisələr başlayır və bu cür ailələrdə həyat əsl cəhənnəmə çevirilir. Keçmiş narkotiklə əlaqəsi olmayan dostların əhatəsi itirilir. Get-gedə asılılıq elə güclü olur ki narkoman narkotik gəbul etmək üçün hərşeyi və hamıdan keçməyə hazır olur. Yalanlar və satqınlıq olmadan bu gür həyat tərzi yaşamaq mümkün deyil. Narkomanın türməyə düşmə şansı çoxdur. Nəticədə qanuna əsasən narkotik istifadə edən artıq cinayətkara çevirilir. Xoşa gəlsədə gəlməsədə qanun belədir. Həyat göstərir ki praktik olaraq hər bir narkoman tez və ya gec polislə üz-üzə gəlir. Bir çox təcrübəli narkoman cəza çəkmə yerlərində olublar. Amma bu təzə başlıyanlar üçün də baş verə bilər. Narkoman yalnız narkotilə bağlı maddələrlə deyil,oğurluq, fırıldaqlıq, qarət və s. səbəbdən türməyə düşü bilər. Çox az insan narkotik üçün pulu düz yolla qazanır çünki narkomanlarda məhsuldar fəaliyyət get-gedə azalır.
Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2020-ci ildə ölkədə qeydə alınmış 26.004 cinayət hadisəsinin 5252-si və ya 20,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur ki, bu da 2019-cu ilin göstəricisindən 19,8 faiz çox olmuşdur. Onların 55,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 36,1 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,2 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil etmişdir.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4.233 nəfər cinayət törətmiş şəxs müəyyən edilmişdir ki, onların da 29,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir. Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmişdir.
Cinayət törətmiş şəxslərin 70,9 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,0 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,1 faizi 14-17 yaşda olan uşaqlar, 7,6 faizi 18-24 yaşlı, 17,4 faizi 25-29 yaşlı gənclər, 74,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.
2020-ci ildə 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir ki, bu da ötən ilin göstəricisindən 13,3 faiz çoxdur. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kiloqramını marixuana, 277,9 kiloqramını tiryək, 65,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 1,3 kiloqramını kokain, 168,2 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.
Təhsil müəssisələrində, o cümlədən orta ümumtəhsil məktəbləri və xüsusi təhsil müəssisələrində çalışan müəllim, psixoloq və məktəbin tibb işçisinin uşaq və yeniyetmələr arasında narkotik və ya psixotrop maddələrdən istifadənin vaxtında aşkarlanmasında onlara və valideynlərinə (qanuni nümayəndələrinə) ilkin psixoloji və pedaqoji yardımın göstərilməsində, uşaq və yeniyetmələrin müvafiq ixtisaslaşdırımış xidmətlərə yönəldilməsində müstəsna xidməti var. Bu işdə müəllim və psixoloqların, məktəbdə çalışan tibb işçilərinin üzərinə düşən öhdəlik valideynlər, həkim və hüquq-mühafizə orqanlarının üzərinə düşəndən heç də az deyil.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev demişdir: “Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir”. Göründüyü kimi, bütün hallarda narkomaniya və narkobiznes təhlükəli cinayətlərdir.
Odur ki, buna qarşı ümummilli mübarizə mütləq lazımdır. Bu mübarizə həyatımızı, gələcəyimizi, sərvətimizi, sağlamlığımızı, dövlətçiliyimizi qorumağa xidmət edir.


İlqar Niftəliyev, Laçın rayon prokurorunun
köməkçisi vəzifəsi üzrə stajor

Keçidlər