Şriftin ölçüsü :

Saytın rəngi :

Məzunlarla “Son zəng” tədbiri keçirildi

14 iyun 2021 | 16:00

   14 iyun 2021-ci il tarixdə ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi Laçın rayonunun ümumtəhsil müəssisələrində də 11-ci siniflərində “Son zəng” tədbiri keçirildi. Təhsil Nazirliyinin 11 iyun 2021-ci il tarixli 02-14-482/13 nömrəli əmrinə, həmçinin COVİD-19 virusu ilə bağlı  karantin qaydaları tələblərinə   uyğun   keçirilən tədbirlərdə məktəb üzrə yalnız məzunlar olmaqla qismən pedaqoji kollektiv üzvləri və Laçın  Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak etmişlər.
     2020-2021-ci tədris ilində rayon üzrə 11-ci sinfi bitirən 934 nəfər məzunun iştirakı  ilə keçirilən tədbirlərdə çıxış edənlər müstəqil həyatın astanasında olan məzunlara xoş arzularını çatdırmaqla ölkəmiz üçün onların layiqli vətəndaş olacaqlarına əminliklərini bildirmiş, gələcək həyatlarında uğurlar arzulamışlar. Xoş və kövrək duyğularla keçən tədbirlər normal qaydada yekunlaşmışdır.

Keçidlər