Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01 iyun 2021 | 16:00

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, Ölkəmizin, Millətimizin, Dövlətimizin sabahı bundan aslı olacaqdır”
                                                                                     Ümummilli lider Heydər Əliyev.

             1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü olaraq dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də geniş  qeyd edilir.
             1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün  qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır.  Bu isə  təsadüfi deyil, çünki bütün dövrlərdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması cəmiyyətin ən aktual məsələlərindən olmuşdur. 
               Ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş,  dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsini davamlılığı, onun məzmununun zənginləşdirilməsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır.  Hazırda ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamış, 2009-cu il ölkəmizdə  "Uşaq ili" elan olunmuş, hər il uşaqlarla bağlı müxtəlif layihələr həyata keçirilərək onların sağlamlığının qayğısına önəm verilərək, təhsil almaları üçün hər cür  addım atılır.
          Bununla yanaşı  ölkəmizdə  uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün  Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə  xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara mütəmadi olaraq göstərdiyi diqqət və qayğı  əvəzolunmazdır. 
           Eyni zamanda  Heydər Əliyev Fondunun təşəbbüsü ilə  uşaqların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsi, xüsusilə  qaçqın və məcburi köçkün, eləcə də imkansız və  əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində geniş tədbirlər həyata keçirilir ki, bu da uşaq hüquqlarının qorunmasında xüsusi əhəmiyyət kəsb edir.
          Odur ki, bizim və ölkəmizin gələcəyi olan uşaqların sağlam və hərtərəfli böyüməsinə əməli töhfə vermək, onların  müdafiəsinə hamılıqla qoşulmaq isə  hər birimizin  borcudur.

Keçidlər