Şriftin ölçüsü :

Saytın rəngi :

9 May - Faşizm üzərində Qələbə Gününün 76-cı ildönümüdür

09 may 2021 | 16:00

     Bu gün bütün dünya ölkələrində olduğu kimi respublikamızda da 9 May - Faşizm üzərində Qələbə  Gününün 76-cı ildönümü qeyd olunur. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında 29 aprel 2021-ci il tarixdə Sərəncam imzalamışdır.
   Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda böyük şücaət göstərmiş qəhrəmanlarımıza, eləcə də  Böyük Vətən Müharibəsi iştirakçılarına Ulu öndər Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Böyük Vətən Müharibəsi iştirakçılarının sosial rifah halının yaxşılaşdırılması və onların həyat şəraiti hər zaman dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət mərkəzində olmaqla, onlar  dövlətimizin bütün qayğıları ilə əhatə olunublar.
    1941-1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş 640 min nəfərdən çox Azərbaycanlının 3660 nəfəri Laçın rayon sakini olmuşdur ki, onlardan da  bir nəfəri Əvəz Verdiyev müharibə illərində göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 2426 nəfəri isə müharibədən geri qayıtmamışdır. Hazırda Böyük Vətən Müharibəsi iştirakçısı olan rayon sakinlərindən sağ qalan iki nəfər Ağcabədi rayonunun Taxta Körpü ərazisində müvəqqəti məskunlaşmışdır. Laçın rayonundan olan Böyük Vətən Müharibəsi iştirakçıları bu gün də faşizm üzərində qələbənin 76-cı ildönümü ilə yanaşı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında erməni faşizmi üzərində qələbənin qazanılmasının sevinci ilə yaşyırlar.

Keçidlər